...

Bakıda “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib (FOTO/VİDEO) (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 3 Oktyabr 2024 17:55 (UTC +04:00)
Bakıda “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib (FOTO/VİDEO) (ƏLAVƏ EDİLİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edib.

Konfransın məqsədi Fransanın Afrikadakı neokolonial siyasətinin aktual məsələlərini və onun bu dövlətlərin sosial-iqtisadi inkişafına təsirini müzakirə etmək idi.

Tədbir zamanı iştirakçılarım öz təcrübələrini bölüşdükləri, müstəmləkəçiliyin nəticələri ilə mübarizə yollarını müzakirə etdikləri və Afrika ölkələrinin qlobal siyasətdə mövqelərini gücləndirmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğuladıqları mövzular üzrə üç panel müzakirəsi keçirilib.

Moderatorlar və iştirakçılar vurğuladılar ki, beynəlxalq aktorlar Afrika ölkələri üçün tam suverenliyin əldə olunmasında mühüm rol oynayırlar.

Beynəlxalq konfransın iştirakçıları Fransanın və bir sıra digər ölkələrin müstəmləkəçilik siyasətinə qarşı mühüm mübarizədə Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin əhəmiyyətini və məhsuldarlığını vurğuladılar.

xxx

10:17

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.

Trend xəbər verir ki, konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Konfransda iştirak edən şəxslərdən biri də Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan Kemi Seba adlı tanınmış aktivistdir. Kemi Séba uzun illərdir Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır.

Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan tanınmış aktivist Kemi Seba deyib ki, Bakı müstəmləkəçilik probleminin qlobal səviyyəyə qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilib.

“Azərbaycan öz qanun pozuntularına məhəl qoymadan başqa ölkələrdə insan haqlarının vəziyyətini tövsiyələr vermək və qiymətləndirmək istəyən fransız təkəbbüründən yorulub. Fransa hakimiyyəti digər dövlətləri tənqid etməklə yanaşı, həm Afrika qitəsində, həm də diasporda xüsusilə qaradərili əhaliyə qarşı insan hüquqlarını özləri tez-tez pozur. Fransa nəinki digər ölkələrə şərtlər diktə etməyə çalışır, həm də keçmiş müstəmləkələrinin üzləşdiyi problemlərə məhəl qoymur. Bakı müstəmləkəçilik probleminin qlobal səviyyəyə qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilib. Biz buraya öz müqəddəratını təyin etmək uğrunda mübarizəmizi davam etdirmək üçün gəlmişik”, - deyə o bildirib.

Jurnalist Abdarahman Vone bildirib ki, Biz ədalətli və bərabər dünya olacağına inanırıq və bunun üçün çalışırıq.

O qeyd edib ki, Afrika ölkələri Fransa müstəmləkəçiliyindən əziyyət çəkənlərdən biridir.

“Bu müstəmləkə halı qadınlarımızın, uşaqlarımızın ləyaqətlə yaşamasına mane olur. Bizə qarşı diskriminasiya siyasəti həyata keçirilir, qul kimi yanaşılır. Biz inanırıq ki, müstəmləkəçiliyə qarşı açdığımız bu savaşı qazancağıq. Ümid edirəm ki, bizim icmalarımız bu savaşın nə demək olduğunu anlayaraq birləşəcək və biz qalib gələcəyik”, - deyə o bildirib.

"ASRAD" Qeyri Hökumət Təşkilatı (İnkişaf Yardımının Gücləndirilməsinə Həmrəylik Dəstəyi) prezidenti Kabine Doumbia qeyd edib ki, müstəmləkə altında yaşamaq, suverenlik əldə etmək və müstəqil qərar vermək anlayışlarını bizdən uzaqlaşdırır.

O qeyd edib ki, belə tədbirlər vasitəsilə səsimizi müxtəlif bölgələrdə yaşayan insanların və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.

“Dövlətin öz ərazisi üzərində öz hakimiyyətini həyata keçirmək və tam müstəqil şəkildə qərar qəbul etmək mənasını verən suverenlik bu gün qloballaşan dünyanın mürəkkəb reallıqları ilə üz-üzə gəlir. Əsas problemlərdən biri qlobal iqtisadi sistemə müdaxilə edilərkən dövlətlərin öz siyasi muxtariyyətlərini qoruyub saxlamaq imkanlarındadır.

İqtisadi suverenlik axtarışı, şübhəsiz ki, Afrika xalqlarının üzləşdiyi ən bahalı problemlərdən biridir. Aşağı qiymətlərlə ixrac edilən Afrika xammalının daha sonra transformasiya olunaraq hədsiz yuxarı qiymətlərlə yenidən satılması nümunəsi bu bunu mükəmməl şəkildə göstərir.
İqtisadi azadlığı qazanmağın dəyəri nə qədərdir?

Bugün bizim qarşımızda suverenliklə bağlı böyük çağırışlar durub. Afrika ölkələrinin azadlıq və suverenliklə bağlı səsi beynəlxalq aləmdə eşidilmir.

Bu çərçivədə Bakı Təşəbbüs Qrupu bizim səsimi beynəlxalq aləmə çatdırmaq üçün uğurlu bir platformadır”,- deyə o bildirib.

Kamerundan olan QHT üzvü Elizabet Mekouqou Obama bildirib ki, Bakı müstəmləkədən əziyyət çəkən xalqların problemlərini danışa bildiyi açıq məkandır.

O qeyd edib ki, onlar burada nədən əziyyət çəkdiklərini bütün dünyaya izah edirlər.

“Müasir dövrdə fərqli formada görünən eyni müstəmləkəçilik və neokolonializm sistemi mövcuddur. Müxtəlif xalqlar bu müstəmləkələrə məruz qalır. Lakin Bakı Təşəbbüs Qrupu kimi platformaların olmasından qürur duymalıyıq. Bu platforma Fransa müstəmləkəsindən əziyyət çəkən xalqlara açıqdır”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti