...

Gənclər ümumi iqlim problemləri üçün güclü həll mənbəyi ola bilərlər - Leyla Həsənova

Cəmiyyət Materials 4 Oktyabr 2024 13:17 (UTC +04:00)
Gənclər ümumi iqlim problemləri üçün güclü həll mənbəyi ola bilərlər - Leyla Həsənova
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gənclər ümumi iqlim problemləri üçün güclü həll mənbəyi ola bilərlər.

Trend xəbər verir ki, bu barədə COP29-un gənclər iqlim üzrə çempionu Leyla Həsənova Bakıda keçirilən “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində beynəlxalq konfransın son gününün açılış mərasimində deyib.

"Akademik icma bu gün qarşımıza çıxan problemlərin dərk edilməsində mühüm rol oynaya bilər. Uşaqlar və gənclər təcili tədbirlərin görülməsi zərurətinin ən aktiv tərəfdarlarıdır. Onlar ümumi iqlim problemlərimizin güclü həll mənbəyi ola bilərlər.

Uşaqlar və gənclər problemin ciddiyyətini və miqyasını tam şəkildə dərk edirlər. Onlar bu problemin həllinin bir hissəsi olmaq istəyir və olmalıdırlar, həmçinin, iqlim konfranslarındakı müzakirələrdə mərkəzi rol oynamalıdırlar. Məhz bu səbəbdən, COP29-un sədrliyi, BMT İnkişaf Proqramı (UNDP) və digər maraqlı tərəflərlə birgə bu il ilk İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsini təşkil edib.

Bu düşərgədə 35 ölkədən 75 gənc müəllim iştirak edib. Biz onları bir araya gətirdik ki, iqlim dəyişikliyinin əsaslarını, onun səbəblərini və elmi əsaslarını öyrənsinlər", – o bildirib.

Xəbər lenti

Xəbər lenti