...

Bu küçədə zolaqlar silinib yenidən çəkiləcək - Gecədən etibarən

Cəmiyyət Materials 9 Oktyabr 2024 15:59 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Zərifə Əliyeva küçəsində hərəkət zolaqları xüsusi avadanlıq vasitəsilə silinərək, yenidən təşkil ediləcək.

Trend xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) şöbə müdiri Tərlan Səfərov deyib.

O bildirib ki, bu işlərə gecədən etibarən başlanılması nəzərdə tutulur.

AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirilib ki, AYNA-nın mütəxəssisləri tərəfindən Zərifə Əliyeva küçəsində vəziyyət ətraflı araşdırılıb, uzun müddət hərəkətin intensivliyi monitorinq edilib:

"Toplanan datalar əsasında avtobus zolağının ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib.

Hazırda Zərifə Əliyeva küçəsində nəqliyyat vasitələri üçün 4 hərəkət zolağı mövcuddur. Təklif olunan dəyişikliklərə əsasən hərəkət zolaqları xüsusi avadanlıq vasitəsilə silinərək yenidən təşkil ediləcək. Zolaqların sayı saxlanılmaqla eni standartlara uyğunlaşdırılacaq. Əlavə olaraq avtobus zolağı təşkil edilməsi də nəzərdə tutulur".

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişinlərin mənzil başına daha tez və rahat çata bilməsi üçün ümumi şəhər zolaqları şəbəkəsi çərçivəsində Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkil edilməsi planlaşdırılır. Layihə ilə bağlı 9 oktyabr tarixində nəqliyyat ekspertləri Ərşad Hüseynov, Rauf Ağamirzəyev, Eldəniz Cəfərov, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Əziz Əlibəyli, bloger Saleh Nəsirov və media nümayəndələrinin iştirakı ilə ictimai dinləmə təşkil edilib.

Xəbər lenti

Xəbər lenti