Bakı. Trend:
Növbəti bələdiyyə seçkilərində yeni yaradılacaq 684 bələdiyyə üzrə səsvermə aparılacaq.
Trend-in məlumatına görə, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin bu gün keçirilən iclasında deyib.
S.Novruzov bildirib ki, yeni hazırlanan qanun layihələrinə əsasən, 900-dən çox bələdiyyə birləşir və onlardan ən böyüyü mərkəz hesab edilərək, bələdiyyənin adı müəyyənləşdirilir.
O əlavə edib ki, bütün bələdiyyələr bununla bağlı rəy verib və artıq bələdiyylərin yeni siyahısı hazırdır.