...

700 bal toplayan qız təqaüd proqramını qazanıb - Bahar Muradova

Cəmiyyət Materials 14 Oktyabr 2024 15:46 (UTC +04:00)
700 bal toplayan qız təqaüd proqramını qazanıb - Bahar Muradova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qızların təhsili xüsusi əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Gənc qızların təhsilinə dəstək" layihəsi çərçivəsində keçirilən tədbirdə deyib.

O qeyd edib ki, ümumilikdə 265 nəfər "Hənifə Məlikova-Zərdabi təqaüd proqramı"nı qazanıb. Artıq bu layihə 58 rayonu əhatə edir.

“Gənc qızların təhsilinə dəstək layihəsi" artıq dörd ildir keçirilir. Hər bir xalqın, millətin inkişafı üçün vacib olan amil və möhkəm bünövrə təhsildir.

Qürurverici haldır ki, bu il proqram iştirakçılarımızdan biri ən yüksək - 700 bal toplayaraq, ADA Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Getdikcə bu layihəyə dəstək vermək istəyənlərin sayı artır”, - deyə B.Muradova qeyd edib.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti