Bakı. Trend:
Tələbələrə təqaüd verilməsi istiqamətində sistemləşməyə ehtiyac var.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, xaricdə təhsil üzrə Dövlət Proqramı ilə bu il 500 nəfər xaricdə təhsil almaq imkanı əldə edir.
“Ümumilikdə 150 nəfərdən artıq təqaüdçü dünyanın 10 ən yaxşı universitetinə qəbul olub. İnanıram ki, bir neçə il sonra onların Azərbaycana qayıdaraq, fəaliyyətini davam etdirməsi ölkəmiz üçün böyük rol oynaya bilər.
Bu il Qarabağ Universitetində bir neçə Dövlət Proqramı məzunu tədris prosesinə qoşularaq işləməyə başlayıb.
Bu məzunlar Azərbaycana qayıdaraq, əmək bazarında rəqabətli mühit yaradacaqlar", - deyə nazir əlavə edib.