...

Balıqdan zəhərlənmənin qarşısını necə alaq?

Cəmiyyət Materials 14 Oktyabr 2024 17:58 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mövsümünün başlanması ilə istər bazarlarda, istərsə də marketlərdə bir-birindən fərqli görünüşə, dada və qiymətə malik balıqlar piştaxtalarda yer alıb. Balığın daha çox istehlak edildiyi "r" olan aylarda zəhərlənmə halları da baş verir. Balıqdan zəhərlənməmək üçün nə edək?

Bu barədə Trend-ə danışan toksikoloq Aynur Məmmədova bildirib ki, balıqdan zəhərlənmə halları, adətən, məhsul köhnə olanda olur.

“Təzə balıqdan zəhərlənmələrə çox nadir hallarda rast gəlinir. Balıqdan zəhərlənmə o vaxt olur ki, balıq sudan çıxarılandan sonra uzun müddət soyuducudan uzaq saxlanılır, yol gəlir, içəridən iylənməyə başlayıb xarab olur. Bu balıqlardan istifadə edildikdə zəhərlənmə baş verir. Buna da toksikoinfeksiya deyilir. Həmin vaxt xəstədə ürəkbulanma, qusma olur”, - o qeyd edib.

Həkim bildirib ki, zəhərlənmələr, əsasən, hisə verilmiş balıqlardan olur:

“Ev şəraitində, kustar üsulla hazırlanan hisə verilmiş balıqlardan botulizm deyilən ağır qida zəhərlənməsi baş verir. Bu halda 60-70%-dən çox xəstələrdə ölüm hadisəsi baş verir. Botulizmin ilkin əlamətləri halsızlıq, ağızda quruluq, qusma, xəstədə iki görmə, tor görmə, danışığında problemlərdir. Bu əlamətlər olarsa, xəstəxanaya müraciət olunmalıdır. Dərhal xəstəyə botulizm əleyhinə zərdab vurulmalıdır. Mütləq həkim nəzarətində qalmalıdır. Belə xəstələrin ev şəraitində müalicəsi ölümlə nəticələnə bilər”.

O vurğulayıb ki, balıqdan zəhərlənmənin qarşısını almaq üçün təzə balıq mütləq soyuducuda, buzlu yerdə saxlanılmalıdır. Əgər soyuducusuz şəraitdə daşınırsa, mütləq balıq təmizlənməlidir.

Xəbər lenti

Xəbər lenti