Bakı. Trend:
14 oktyabr tarixində sosial şəbəkələrdə Bakı şəhərinin Səbail rayonunda bərpa işlərindən sonra istifadəyə verilən Xaqani parkı ərazisinin bir hissəsinin ictimai iaşə obyekti tərəfindən zəbt edilməsinə dair məlumat yayılıb.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma monitorinqi çərçivəsində həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində zəbt olunmuş ictimai ərazinin boşaldılması və vətəndaşların istifadəsinə qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, həmçinin aidiiyyəti orqanlara qanun pozuntusu barədə məlumat verilib.