...

Paytaxtın əksər ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 15 Oktyabr 2024 19:57 (UTC +04:00)
Paytaxtın əksər ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah saat 10:00-dan etibarən Səbail rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Trend bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, qaz təchizatı rayonda yerləşən çoxmərtəbəli yaşayış binasına məxsus qaz xəttinin şəbəkəyə qoşulması və tıxaclanması, həmçinin Badamdar qəsəbəsi, 54-cü küçədə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və üzərinə sayğacların köçürülməsi səbəbi ilə dayandırılacaq. Bu müddətdə Səbail rayonu, 1-ci və 2-ci massivlərin, Badamdar şosesinin, G.Qarayev, Z.Yusifzadə, S.Qədimova, Q.Abbasov, A.Əliyev, Ə.Nəzmi, L.Babayev, A.Məmmədov, M.Hüseynov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti