...

Qarabağda qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri inanılmazdır - “Piki Reels” klubunun rəhbəri

Cəmiyyət Materials 26 Oktyabr 2024 18:30 (UTC +04:00)
Qarabağda qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri inanılmazdır - “Piki Reels” klubunun rəhbəri
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri inanılmazdır.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie Qarabağa səfəri zamanı deyib.

"Mən əslən Belçikadanam, hazırda İsveçrədə yaşayıram. Mən buraya dünyanın hər yerindən mənim səyahət klubumun üzvü olan 33 səyahətçidən ibarət bir qrupla gəldim. Qarabağın necə çiçəkləndiyini, Ermənistanın uzunmüddətli işğalından sonra Azərbaycanın Qarabağı yenidən qurmağa necə başladığını görmək üçün Qarabağa səfər etmək dəvəti aldığımız üçün minnətdarıq. Bu gün 2022-ci ildə ilk dəfə səfər etdiyim Şuşada olduq", - deyə o bildirib.

Onun sözlərinə görə, Şuşa şəhəri 2022-ci il ilə müqayisədə çox gözəlləşib.

"O vaxt orada hələ də çoxlu dağıntılar var idi. Bu gün Şuşada başlanan yeni tikinti işlərinin keyfiyyəti məni çox heyran etdi. Şuşadan sonra biz Ağdama getdik. Mən burada da gördüm ki, 2022-ci ildə bura ilk gəldiyimdən bəri burada çox şey dəyişib. Mən Füzulidə də oldum, yaşayış evlərinin tikintisini gördüm. Bu, həqiqətən inanılmazdır", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır. Bu, sadəcə bir turistik qrup deyil, 100-dən çox ölkəni gəzən beynəlxalq səviyyədə səyahətçilərdir.

Xəbər lenti

Xəbər lenti