...

İqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində gənclərin iştirakına böyük ümid bəsləyirik - Nazir müavini

Yaşıl iqtisadiyyat Materials 26 Oktyabr 2024 17:45 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi, təbii ehtiyatların qorunması və səmərəli istifadəsi, ekosistemlərin dayanıqlılığının təmin edilməsi, tullantıların idarə edilməsi, meşələrin artırılması, səhralaşmanın və torpaq deqradasiyasının qarşısının alınması ilə bağlı məsələlərin həllində yaradıcı gənclərin iştirakına böyük ümid bəsləyirik.

Trend xəbər xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ümumrespublika "Nə? Harada? Nə zaman?" intellektual oyununun final mərhələsində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu gün Azərbaycan sürətli inkişaf dövrünü yaşayır və bu da yaradıcı, intellektual gənclər üçün öz təşəbbüslərini reallaşdırmaqda yeni imkanlar yaradır.

O, gənclərin ətraf mühitin idarə olunmasında yeni yanaşmaların tətbiqi, modern və çevik idarəetmə formalarından istifadə sahəsində fəaliyyətlərinin nəzərəçarpacaq dərəcədə hiss olunduğunu vurğulayıb: “Onlar ətraf mühitin qorunması və ekoloji maarifləndirmə istiqamətində novator baxışları ilə seçilir, öz bacarıqlarını nümayiş etdirir, ətraf mühitlə bağlı məsələlərin həllində təşəbbüskarlıq göstərirlər”.

V.Kərimov qeyd edib ki, intellektual yarışların keçirilməsi gənclərin ideyayönümlü potensiallarının aşkarlanması, onların komanda qurmaq və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi istiqamətində biliklərinin artmasına mühüm töhfələr verəcək.

Xəbər lenti

Xəbər lenti