Bakı. Trend:
Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 56,1 faiz səs toplayaraq parlament seçkilərində qalib gəlir.
Trend-in verdiyi məlumata görə, bu barədə “İmedi” telekanalının keçirdiyi “exit-poll”un nəticələrində deyilir.
Qeyd edilib ki, bu məlumat saat 18:30-a olan nəticələri əks etdirir.
“Gürcü arzusu” ("Xalqın gücü") – 56,1%
“Dəyişiklik Koalisiyası” (“Axali”, “Girçi – daha çox azadlıq”,
“Droa”) – 12,6%
"Birlik - milli hərəkat" ("Vahid Milli Hərəkat", "Aqmaşenebeli
Strategiya", "Avropa Gürcüstanı") – 11,6%
“Güclü Gürcüstan” (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq
Meydanı”, “Vətəndaşlar”) – 7%