...

Azərbaycan klublarının antirekordu üç ildən sonra təkrarlanıb

İdman Materials 26 Oktyabr 2024 18:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan klubları 2024/25 mövsümündə 5-ci dəfə böyükhesabla uduzub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bununla da təmsilçilərimiz tarixinin antirekordunu təkrarlayıb.

2021/22 mövsümündə də 5 dəfə üç və ya daha çox fərqli məğlubiyyət qeydə alınıb. Bu dəfəki 5 yenilgidən üçü “Qarabağ”ın payına düşüb.

Ağdam klubu Zaqrebdə “Dinamo”, Londonda “Tottenhem”, evdə “Ayaks”a uduzub. Bütün görüşlər 0:3 hesabı ilə bitib. “Sabah” Hayfa “Makkabi”sinə 3:6, “Zirə” “Omoniya”ya 0:6 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yalnız üç mövsümdə - 2006/07, 2007/08 və 2020/21-də klublarımız böyükhesablı yenilgi almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti