...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşüb (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 Oktyabr 2024 18:06 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşüb (FOTO/VİDEO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikə səfəri zamanı bir vaxtlar Ümummilli Lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan mərhum çoban Xanış Şahıyevin ailəsinə baş çəkib.

Trend xəbər verir ki, söhbət zamanı Ümummilli Lider Heydər Əliyevlə Xanış Şahıyev arasındakı səmimi dostluq, Prezident İlham Əliyevlə olan görüşlər xatırlanıb. Heydər Əliyevlə çoban Xanışın dostluğunu əks etdirən, müxtəlif görüşlərdən xatirə olan fotoalboma baxılıb.

Görüşdə, həmçinin ailənin şəhid övladlarının Vətən uğrundakı döyüşləri xatırlanıb.

Qeyd edək ki, Xanış Şahıyevin nəvələri Elgün və Altay qardaşları Vətən müharibəsi zamanı şəhid olublar. Onların əmiləri Camal və Hüseyn Şahıyevlər isə Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti