Bakı.Trend:
Vətəndaş Həmrəyliyi Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova komissiyanın bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, partiyanın 21 nəfər səlahiyyətli nümayəndəsi, 1 nəfər isə maliyyə məsələləri üzrə nümayəndə kimi qeydə alınıb.
Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.