...

Külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ

Cəmiyyət Materials 7 Dekabr 2024 17:50 (UTC +04:00)
Külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 8-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçalada fasilələrlə cənub-şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu sarı xəbərdarlığa uyğun gəlir.

Şabran, Siyəzəndə isə fasilələrlə cənub-şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti