...

Gələn il Xankəndi və Ağdərədə avtomat meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır

Cəmiyyət Materials 10 Dekabr 2024 14:25 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji, eləcə də, bu ərazilərdə hidrometeoroloji vəziyyətin öyrənilməsi üçün 5 avtomat meteoroloji stansiya quraşdırılaraq isifadəyə verilib.

Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

"Həmçinin Xankəndi şəhəri ərazisində 1 dəst, Laçın rayonunun Güləbird kəndi ərazisində 1 dəst və Xocalı şəhəri yaxınlığında 1 dəst olmaqla, 3 avtomat aqrometeoroloji stansiya quraşdırılaraq işə salınıb.

Qeyd olunanlarla yanaşı, 2025-ci ildə 5 ədəd olmaqla, o cümlədən Xankəndi şəhəri və Ağdərə rayonlarında avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti