...

Xaçmazın Yergüc kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Dekabr 2024 17:15 (UTC +04:00)
Xaçmazın Yergüc kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Yergüc kəndində növbəti səyyar qəbulunu keçirib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, qəbulda Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Yergüc, Sərkərli, Armudpadar, Padar, Üçgünqışlaq və Üryanoba kəndlərinin sakinləri iştirak edib.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli bağlı görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması və məktəb binasının yenilənməsi ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti