...

Yeni ayrılmış tezlik nominallarının qonşu dövlətlər tərəfindən istifadəsi mümkün olmayacaq

Cəmiyyət Materials 11 Dekabr 2024 11:03 (UTC +04:00)
Yeni ayrılmış tezlik nominallarının qonşu dövlətlər tərəfindən istifadəsi mümkün olmayacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

FM radioyayımlarına ayrılan tezlik diapazonunda tezlik məşğulluğu və regionlarda yerli yayımların sayı kənar yayımlarla nisbətdə xeyli artıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında radioyayımın dünəni, bu günü və sabahı mövzusunda keçirilən seminarda məlumat verilib.

Bildirilib ki, RDS AF funksiyasının tətbiqi sayəsində radioqəbuledici yolboyu avtomatik olaraq eyni radioproqramın daha keyfiyyətli yayımını qəbul edir.

Yeni ayrılmış tezlik nominallarının qonşu dövlətlər tərəfindən istifadəsi mümkün olmayacaq ki, bu da öz növbəsində ölkə ərazisində potensial kənar yayımların qəbulunun artmasının qarşısını alacaq.

Layihənin icrasından sonra ölkə ərazisində ən azı bir istiqamətdən 13-15 FM radioproqram normal qəbul edilir.

Xəbər lenti

Xəbər lenti