...

Bu gün bir sıra ərazilərdə qaz kəsiləcək

Cəmiyyət Materials 13 Dekabr 2024 08:30 (UTC +04:00)
Bu gün bir sıra ərazilərdə qaz kəsiləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 10:00-dan etibarən “Digah-Bilgəh” orta təzyiqli qaz kəmərində yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Eyni zamanda, Şəki rayonunun M.Ə.Rəsulzadə prospektində yeni qaz xəttinin mövcud mənbəyə qoşulması ilə əlaqədar saat 09:30-dan işlər başa çatanadək “Şəki” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılıb.

Fasilələrdən paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsi, Ləhiş bağları, 2-ci Sovxoz ərazisi, həmçinin Şəki şəhəri və rayonun İnçə, Qoxmuq, Oxud kəndləri təsirlənəcək.

Xəbər lenti

Xəbər lenti