...

170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib

Cəmiyyət Materials 27 Yanvar 2025 14:57 (UTC +04:00)
170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq (Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib.

Trend xəbər verir ki, 170 nömrəli marşrut üzrə hüquqi şəxs “"Xaliq Faiqoğlu" MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti