Bakı. Trend:
Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir
dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"Etibarlı olmayan süni intellekt həllərindən istifadə
məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların
hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən
müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni
sonluqla nəticələnə bilər.
Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu
hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt
xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə
ötürməkdən çəkinsinlər",- deyə qurumdan əlavə edilib.