...

Kanada hökuməti vətəndaşlarına maliyyə yardımı göstərmək niyyətindədir

Dünya xəbərləri Materials 28 Yanvar 2025 23:49 (UTC +04:00)
Kanada hökuməti vətəndaşlarına maliyyə yardımı göstərmək niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada hökuməti ABŞ prezidenti Donald Trampın bütün Kanada mallarına böyük gömrük rüsumları tətbiq edəcəyi təqdirdə əhaliyə və yerli biznesə maliyyə dəstəyi göstərmək üçün tədbirlər paketi üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə "CTV" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, söhbət iqtisadiyyatın hər bir sektoru üçün güzəşt edilməsindən gedir, onun səviyyəsi koronavirus pandemiyası zamanı Kanada müəssisələrinin və əhalinin aldığı yardımın miqdarı ilə müqayisə oluna bilər. Bildirilib ki, Kanadada pandemiya zamanı əhaliyə göstərilən yardımın məbləği 82 milyard Kanada dolları (57 milyard ABŞ dolları) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti