...

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib

Siyasət Materials 29 Yanvar 2025 11:45 (UTC +04:00)
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev yanvarın 29-da 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.

Trend xəbər verir ki, bu seçki məntəqəsində də seçicilər öz hüquqlarından fəal şəkildə iştirak edirdilər.

Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səsvermə prosesi saat 19:00-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti