Bakı. Trend:
Son bir neçə gün ərzində Qəzza zolağının şimal rayonlarına 400 minə yaxın fələstinli qayıdıb.
Trend xəbər verir ki, bu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında qeyd olunur.
Yanvarın 27-də sahilyanı yolun və “Səlahəddin” adını daşıyan yolun açılmasından sonra 375 minə yaxın məcburi köçkün cənubdan şimal rayonlarına qayıdıb.
İsrail tərəfi fələstinlilərin anklavın şimalına keçməsinə bazar ertəsinə keçən gecə yəhudi əsir qadının (Arbel Yehud) sağ olmasına dair təsdiq almasından sonra icazə verib. HƏMAS-ın əsirliyində olan qadın razılaşmaya görə yanvarın 25-də azad edilməli idi. Onun yanvarın 30-da digər iki əsirlə birlikdə beynəlxalq vasitəçilərə təhvil veriləcəyi gözlənilir.