...

Gənclərin mənzillə təminatı məsələsinə yenidən baxılması təklif edildi

Cəmiyyət Materials 30 Yanvar 2025 15:00 (UTC +04:00)
Gənclərin mənzillə təminatı məsələsinə yenidən baxılması təklif edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gənclərin mənzillərlə təminatında müəyyən boşluqlar var. İpoteka ilə bağlı qanunvericilikdə dəyişikliklik edib gənclər sahəsində çalışan şəxsləri də buraya əlavə edərək onlara da müəyyən güzəştlər tətbiq etmək lazımdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Deputatın sözlərinə görə, elə şəxslər var ki, hər hansı elmi və akademik fəaliyyələ məşğul olmur, lakin gənclər sektorunda çalışır:

“Həmin şəxslərin mənzillə təminatı məsələsinə yenidən baxılmalıdır”.

Xəbər lenti

Xəbər lenti