...

Naxçıvana ayrılan dotasiya illər üzrə kəskin azalır

İqtisadiyyat Materials 30 Yanvar 2025 20:39 (UTC +04:00)
Naxçıvana ayrılan dotasiya illər üzrə kəskin azalır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında son iki il ərzində aparılan iqtisadi islahatlar, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə nəticəsində büdcə daxilolmaları yerli mənbələr hesabına təmin edilib.

Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən məlumat verilib.

2022-ci il baza ili götürülərək aparılan təhlillərə əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən əldə etdiyimiz rəqəmlərə görə, Azərbaycan Respublikasının dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiya mərhələli şəkildə azaldılıb. 2023-cü ildə baza ilinə nisbətən 110 milyon AZN, 2024-cü ildə isə 239 milyon 850 min AZN azalma qeydə alınıb. Bununla da, cəmi iki il ərzində Naxçıvana ayrılan dotasiya 349 milyon 850 min AZN azalıb ki, bu da ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirib.

Yerli gəlirlərdə də ciddi artım müşahidə olunub. Əgər 2022-ci ildə yerli gəlirlər büdcənin 31.78%-ni təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58.55%-ə yüksəlib. 2024-cü il ərzində əvvəlki illə müqayisədə yerli gəlirlər 77 milyon 154 min AZN artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti