...

Azərbaycanda ötən il yaradılan karqo şirkəti bağlanır

İqtisadiyyat Materials 30 Yanvar 2025 20:20 (UTC +04:00)
Azərbaycanda ötən il yaradılan karqo şirkəti bağlanır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Çin Karqo" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunur.

Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.

Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Naxçıvan rayonu, 6 küçəsi, ev 78, mənzil 78 ünvanına bildirə bilərlər.

Şirkətin hansı səbəbdən ləğv olunduğunu elan etməsi isə məlumatlarda göstərilməyib.

Qeyd edək ki, sözügedən karqo şirkəti 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədova Xuraman Cəfər qızıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti