...

Polşa, Latviya, Litva və Estoniya Aİ-dən müdafiə xərclərini iki dəfə artırmağı tələb edir

Dünya xəbərləri Materials 30 Yanvar 2025 23:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa, Latviya, Litva və Estoniya Avropa İttifaqından (Aİ) hərbi ehtiyaclar üçün 100 milyard avrodan çox vəsait ayıraraq müdafiə xərclərini iki dəfə artırmağı tələb edir.

Trend xəbər verir ki, bu barədə dörd ölkənin tərtib etdiyi sənədə istinadən Bloomberg agentliyi məlumat yayıb.

Sənəddə Litva, Estoniya, Latviya və Polşa Aİ-ni birgə borclanma vasitəsilə müdafiə ehtiyaclarına xərcləməyə, Avropa İnvestisiya Bankına əsas müdafiə ehtiyaclarını maliyyələşdirməyə və blokdan kənar Avropa tərəfdaşları ilə əməkdaşlıq etməyə çağırır.

Bundan əlavə, sənədin müəllifləri hesablayıblar ki, Aİ ölkələri son bir ildə müdafiəyə ümumilikdə təxminən 326 milyard avro xərcləyib. Yeni vəsaitlərin ayrılması ilə icma ölkələrinin hər birinə ÜDM-ə nisbətdə müdafiə xərclərinin 3 faizinə çatmağa imkan verilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti