Bakı. Trend:
Azərbaycan mədəni və iqtisadi sahələrdə böyük perspektivləri olan dinamik inkişaf edən ölkədir.
Trend xəbər verir ki, bunu bu gün ADA Universitetinin dizayn və memarlıq fakültəsinin dekanı Silviya Ferrari ADA Universitetində İtaliya-Azərbaycan layihəsi çərçivəsində yeni, kommunikasiya dizaynı və şəhərsalma ixtisaslarının rəsmi açılış mərasimində etdiyi çıxışda söyləyib.
“Ötən il biz universitetdə iki yeni kurs işə saldıq: onlardan biri memarlıq, digəri isə interyer dizaynı üzrə idi. Bugün isə böyük sevinclə iki yeni (ixtisas) proqramının işə salındığını elan edirəm. Onlardan biri şəhər planlaşdırılmasına, digər isə kommunikasiya dizaynına həsr olunub. Azərbaycan mümüm mədəni və iqtisadi dəyişikliklərin baş verdiyi və bu qeyd olunan sahələrdə yeni imkanların meydana gəldiyi dinamik inkişaf edən ölkədir. Məhz bu səbəbdən ADA-nın dizayn və memarlıq fakültəsi yeni memarların, dizaynerlərin və şəhərsalma mütəxəssislərinin hazırlığını öz öhdəsinə götürüb”, - deyə o bildirib.
Fakültənin dekanı qeyd edib ki, şəhərsalma mütəxəsisləri Bakı və regionların inkişafında həlledici rol oynayacaqlar belə ki, onların önündə dayanıqlı və innovativ layihələrin hazırlanması ilə bağlı geniş imkanlar açılacaq. Kommunikasiya dizaynı üzrə mütəxəssislər isə şirkətlərə və təşkilatlara effektiv strategiyalar təşkil etməkdə, dəylərlər formalaşdırmaqda və unikal bir üslub hazırlamaqda yardımçı olacaqlar.