...

Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb (FOTO)

Cəmiyyət Materials 30 Yanvar 2025 17:50 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İsveçdə fəaliyyət göstərən "Qobustan - Azərbaycan Aydınlar Ocağı"nın təşkilatçılığı ilə keçirilən "Qanlı 20 Yanvar" adlı videokonfransın yekununda Norveç Nobel Komitəsinə bəyanat qəbul edilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, videokonfransın 100-dən çox iştirakçısı – "Qobustan - Azərbaycan Aydınlar Ocağı"nın üzvləri, Azərbaycan diaspor fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları Norveç Nobel Komitəsinin sədri Jorgen Vatne Frydnesə və Komitənin üzvləri - Asle Tojeyə, Anne Engerə, Kristin Klemetə, Qry Larsenə bəyanat ünvanlayıblar.

Bəyanatda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçova 1990-cı ilin oktyabrında Norveç Nobel Komitəsi tərəfindən verilən Nobel Sülh Mükafatına etiraz yer alıb. 1990-cı il 20 Yanvar qətliamında əli Azərbaycan xalqının qanına bulaşmış Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsinin ədalətsiz qərar olduğu diqqətə çatdırılıb.

20 Yanvar faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi əsaslar olduğu bildirilib. Onların BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi konvensiyaların tələblərini pozduğu qeyd olunub.

Bəyanatda dünya ictimaiyyətinin ədalətə inamı və Nobel Sülh Mükafatının mənəvi nüfuzunun güclənməsi baxımından Mixail Qorbaçovun bu mükafatdan məhrum olunmasının əhəmiyyəti vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti