...

Naxçıvanda şəkər çuğunduru sahəsinə veriləcək məhsul subsidiyasının məbləği artırılıb

İqtisadiyyat Materials 30 Yanvar 2025 17:15 (UTC +04:00)
Naxçıvanda şəkər çuğunduru sahəsinə veriləcək məhsul subsidiyasının məbləği artırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında Aqrar Subsidiya Şurasının qərarına uyğun olaraq müasir suvarma sistemləri ilə təmin olunmuş şəkər çuğunduru sahəsinə veriləcək məhsul subsidiyasının məbləği 19 manatdan 22 manata çatdırılıb.

Bu barədə Trend-ə muxtar respublikanın Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müasir suvarma sistemləri ilə təmin olunmamış sahəyə isə veriləcək məhsul subsidiyasının məbləği isə 18 manatdan 19 manata çatdırılıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən əmsallara uyğun olaraq ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti