Bakı. Trend:
İngiltərə millisinin sabiq futbolçusu Stiven Cerrard Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
Trend xarici KİV-lərə istinadən istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İngiltərəli çalışdırıcı həmin komandaya 1,5 il başçılıq edib.
Qeyd edək ki, “Əl-İttifaq” ölkə çempionatında 17 turdan sonra 19 xalla 12-ci pilləni tutur.