Bakı. Trend:
Regionlarda gənclər sektoru və QHT sahəsində fəaliyyət göstərən təşkilatların sayında azalma müşahidə olunur.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Naqif Həmzəyev bildirib ki, təşkilatların çoxu paytaxt və ona yaxın ərazilərdə yerləşir:
“Bu gün Gəncədə cəmi 3 və ya 4 təşkilat fəaliyyət göstərir. Əvvəllər Gənclər Fondu sırf regionda olan təşkilatlara qrantlar ayırırdı. Regionlarda sözügedən təşkilatın sayının artırılması ilə bağlı Gənclər Fondu Gənclər və İdman Nazirliyi ilə birgə müəyyən işlər həyata keçirə bilər”.