...

“Meta” şirkəti Trampa təzminat ödəməyə razı olub

Dünya xəbərləri Materials 30 Yanvar 2025 18:33 (UTC +04:00)
“Meta” şirkəti Trampa təzminat ödəməyə razı olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Meta” şirkəti 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumdan sonra hesablarını dayandırdığı prezident Donald Trampın şirkətə qarşı açdığı məhkəmə iddiasını həll etmək üçün 25 milyon dollar təzminat ödəməyə razı olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məsələ ilə yaxından tanış olan üç mənbə məlumat verib.

Məlumata görə, bu, böyük korporasiyanın prezidentlə hüquqi mübahisəni həll etməsi ilə bağlı ən son hadisədir, habelə “Meta” və onun baş direktoru Mark Zukerberqin ABŞ-nin yeni administrasiyasından dəstək almağa çalışan digər böyük texnologiya şirkətlərinə qoşulduğu bir vaxta təsadüf edir.

Qeyd edilir ki, müqavilənin şərtlərinə Trampın gələcək prezidentlik kitabxanası kimi xidmət edəcək qeyri-kommersiya təşkilatına veriləcək 22 milyon dollar daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti