...

Suriya prezidenti keçid hökumətinin formalaşdırılması barədə açıqlama verib

Dünya xəbərləri Materials 31 Yanvar 2025 01:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əhməd əl-Şaraa, Suriya prezidenti kimi xalqa etdiyi ilk çıxışında keçid hökumətinin formalaşdırılması üzərində iş aparıldığını açıqlayıb.

Trend xəbər verir ki, müraciət Suriya mediası tərəfindən yayımlanıb.

Prezident bildirib ki, "Qadınlar və gənclər də daxil olmaqla, bütün suriyalıların maraqlarını təmsil edəcək keçid hökuməti formalaşdırmaq üçün çalışacağıq."

Əl-Şaraa qeyd edib ki, bu hökumət "azad və ədalətli seçkilər mərhələsinə çatana qədər Suriyada yeni dövlət qurumlarının yaradılmasına cavabdeh olacaq" və siyasi prosesin qanunun aliliyi çərçivəsində həyata keçirilməsini təmin edəcək.

Əl-Şaraa əlavə edib ki, “keçid mərhələsi həm ölkə daxilində, həm də xaricdə bütün suriyalı kişi və qadınların real iştirakını tələb edən siyasi prosesin bir hissəsidir.”

Prezident həmçinin, “Mandatıma və hazırkı səlahiyyətlərimə, eləcə də Xalq Şurasının buraxılması qərarına əsasən, yaranmış boşluğu doldurmaq üçün kiçik qanunvericilik şurasını seçmək üçün hazırlıq komitəsinin tərkibini elan edəcəyəm,” - deyə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti