Bakı.Trend:
Ölkəmizdə 2022-ci ildən başlayaraq yeni çağırışlar əsasında suya qoşulmanın müasir tələblər əsasında formalaşdırılmasına nail olunub.
Trend xəbər verir ki, bunu “Su şəbəkəsinə qoşulma” işçi qrupunun iclasında Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev deyib.
O bildirib ki, 2024-ci ilin may ayında Preziden İlham Əliyevin imzaladığı sərəncam əsasında su şəbəkəsinə qoşulma ilə bağlı əhəmiyyətli dəyişikliklər edilib.
“Bu sərəncam bizə yeni imkanlar verdi. Belə ki, müvafiq qayda əsasında su şəbəkəsinə qoşulmanın yeni prosedurları müəyyən olunub”.
Artıq ölkəmizdə su şəbəkəsinə qoşulma ilə bağlı daxil olan müraciətlərin icrası üçün “Bir pəncərə” prinsipinin həyata keçirilməsi üçün bütün imkanlar əldə olunub”,- deyə o qeyd edib.