...

Alyaskada güclü zəlzələ olub

Dünya xəbərləri Materials 30 Yanvar 2025 11:05 (UTC +04:00)
Alyaskada güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Alyaska ştatında 5.8 bal gücündə zəlzələ olub.

Trend bu barədə ABŞ Geoloji xidmətinə istinadən məlumat verir (USGS).

Yeraltı təkanlar yerli vaxtla 04:40 (Bakı vaxtı ilə 08:40-da) qeydə alınıb. Seysmik hadisənin yeraltı ocağı 0,1 km dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlərin olması barədə məlumat yoxdur.

Xatırladaq ki, 30 yanvara keçən gecə Tayvanda da 5,2 bal gücündə zəlzələ baş vermişdi. Yanvarın 29-da isə Baykal gölü yaxınlığında (Bolşoe Qoloustnoe qəsəbəsi) 5.6 bal gücündə yeraltı təkan qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti