Bakı. Trend:
Gələcəkdə 51 yeni metro stransiyasının tikintisi planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.
Belə ki, “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur.
"Gələcək planlarda 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi əsas prioritetlərdəndir. Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir", - Dövlət Proqramında bildirilir.