...

“Sea Breeze” − Pirşağı tramvay xəttinin çəkiləcəyi tarix AÇIQLANDI

Cəmiyyət Materials 30 Yanvar 2025 21:13 (UTC +04:00)
“Sea Breeze” − Pirşağı tramvay xəttinin çəkiləcəyi tarix AÇIQLANDI
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Sea Breeze” − Pirşağı tramvay xəttinin çəkililəcəyi tarix məlum olub.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.

Dövlət Proqramına əsasən, 2027−2029-cu illər ərzində “Sea Breeze” daxilində nəqliyyat həllərinin planlaşdırılması və “Sea Breeze” − Pirşağı tramvay xəttinin çəkilməsi ilə əlaqədar nəqliyyat planı və tramvay xəttinin layihələndirmə sənədləri hazırlanacaq, nəqliyyat planı təsdiqlənəcək, nəqliyyat planı icra ediləcək, tramvay xətti tikiləcək və istismara veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti