...

İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında olan dostluğun təcəssümüdür - İtaliyalı səfir

Cəmiyyət Materials 30 Yanvar 2025 15:48 (UTC +04:00)
İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında olan dostluğun təcəssümüdür - İtaliyalı səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında olan dostluğun təcəssümüdür.

Trend xəbər verir ki, bunu bu gün İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko ADA Universitetində İtaliya-Azərbaycan layihəsi çərçivəsində yeni, kommunikasiya dizaynı və şəhərsalma ixtisaslarının rəsmi açılış mərasimində etdiyi çıxışda bildirib.

“Mən səmimi olaraq düşünürəm ki, bu layihə təkcə onu artıq müşayiət edən uğuru simvolizə etmir, o bundan daha böyük əhəmiyyət kəsb edir – o bizim şüurumuzun və qəlbimizin dərin aspektlərinə toxunur. Bu ölkələrimiz arasında olan – bilik, mədəniyyət və təcrübə mübadiləsinə əsaslanan ölkələrimiz arasındakı səmimi dostluğun təcəssümüdür. Bir-birimizdən öyrənmək, ən yaxşı təcrübələri mənimsəmək və birlikdə inkişaf etmək istəyimiz – məhz bizi fərqləndirən budur”, – deyə səfir bildirib.

Diplomat, həmçinin bu layihədə iştirak edən İtaliya universitetlərinə təşəkkürünü ifadə edib.

“İtaliya-Azərbaycan Universiteti gerçəkliyə çevrilir. Geriyə boylanıb baxsaq, təməlqoyma mərasimindən cəmi 3 il keçdiyi insana inanılmaz gəlir. Universitetin bir uğur tarixçəsinə çevrilməsi faktına görə biz ilk növbədə sizin sadəqətinizə, sizin həvəsinizə və əzmkarlığınıza borcluyuq”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti