...

İtaliya-Azərbaycan Universitetinin binası 2025-ci ilin sentyabr ayına kimi açılacaq - Hafiz Paşayev

Cəmiyyət Materials 30 Yanvar 2025 15:39 (UTC +04:00)
İtaliya-Azərbaycan Universitetinin binası 2025-ci ilin sentyabr ayına kimi açılacaq  - Hafiz Paşayev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sentyabr ayına kimi İtaliya-Azərbaycan Universitetinin binasının açılışı gözlənilir.

Trend xəbər verir ki, bunu bu gün ADA Universitetinin rektoru Hafiz Paşayev ADA Universitetində İtaliya-Azərbaycan layihəsi çərçivəsində yeni, kommunikasiya dizaynı və şəhərsalma ixtisaslarının rəsmi açılış mərasimində etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil almağa başlayacaq.

Xatırladaq ki, 2 aprel 2022-ci il tarixində ADA universitetinin kampusunda (Bakıda) İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Onun strukturunda iki institut fəaliyyət göstərəcək: Kənd Təsərrüfatı və Qida elmləri İnstitutu, həmçinin Dizayn və Memarlıq İnstitutu. Eyni zamanda ərazidə tələbə yataqxanaları tikiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti