...

Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA

Gündəm Materials 30 Yanvar 2025 17:49 (UTC +04:00)
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

"Lay's" kartof çipsləri ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən ciddi geri çağırma prosesinə daxil edilib. Buna səbəb çipslərin tərkibində etiketdə qeyd olunmayan süd komponentinin aşkar olunmasıdır.

Bu o deməkdir ki, həmin məhsullar həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.

Maraqlıdır, həmin çipslər Azərbaycana da idxal edilibmi?

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.

“"Lay's" kartof çipslərinin sağlamlığa yaratdığı risk iddialarına görə ABŞ-də bəzi məhsul partiyalarının geri çağrılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib. Həmçinin qeyd edirik ki, xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür”,- deyə Agentlikdən qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti