Bakı. Trend:
Parlament könüllülərinin yaradılması və 2009-cu ildə qəbul edilən “Könüllü fəaliyyət haqqında” qanuna dəyişliklərlə bağlı məsələyə Milli Məclislə birlikdə baxaq.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Fondun 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, gənclər Milli Məclis komitələrinin fəaliyyətində iştirak etməklə bir çox sahələrdə təcrübə qazana bilərlər:
“Təklif edirik ki, hər bir könüllü öz təşkilatından sertifikat alsın. Bu sənədlər onların universitet həyatında və işə qəbulunda üstünlük yarada bilər. Hesab edirik ki, könüllülərin fəaliyyəti ilə bağlı portal yaradıla bilər. Onlara xüsusi identifikasiya nömrəsi təyin edilsin və həmin eyniləşdirmə əsasında fəaliyyətləri təşkil edilsin”.