...

Çempionlar Liqasında dünya rekordu qeydə alındı

İdman Materials 30 Yanvar 2025 10:37 (UTC +04:00)
Çempionlar Liqasında dünya rekordu qeydə alındı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 29-da Çempionlar Liqasının ümumi mərhələsinin səkkizinci turunda məhsuldarlıq baxımından 21-ci əsrin rekordu qeydə alınıb.

Trend xəbər verir ki, bu haqda “Opta Sport” nəşri yazır.

Belə ki, gün ərzində keçirilmiş 18 matç ərzində 64 qol vurulub. Çempionlar Liqasının tarixində bu ikinci belə yüksək göstəricidir. İlk rekord 16 sentyabr 1970-ci ildə Avropa Çempionları Kubokunun birinci mərhələsində (1970-1971 mövsümü) qeydə düşmüşdü, belə ki, həmin vaxt gün ərzində 66 qol vurulmuşdu.

Qeyd edək ki, ümumi mərhələnin nəticələrinə əsasən, “Liverpul”, “Barselona”, “Arsenal”, “İnter Milan”, “Atletiko”, “Bayer”, “Lil” və “Aston Villa” birbaşa 1/8 mərhələsinə adlayıb.

1/16 finalında isə İtaliyanın “Atlanta”, Almaniyanın “Borussiya Dortmund”, İspaniyanın “Real Madrid”, Almaniyanın “Bavariya”, İtaliyanın “Milan”, Niderlandın “PSV”, Fransanın “PSJ”, Portuqaliyanın “Benfika”, Fransanın “Monako” və “Brest”, Niderlandın “Feyenord”, İtaliyanın “Yuventus”, Şotlandiyanın “Seltik”, İngiltərənin “Mançester Siti”, Portuqaliyanın “Sportinq”, Belçikanın “Brüqqe” komandları mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti