Bakı.Trend:
Bakı şəhərində kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələr hazırlanıb.
Trend xəbər verir ki, bunu “Su şəbəkəsinə qoşulma” İşçi Qrupun iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov “Su şəbəkəsinə qoşulma” üzrə islahatların və yeni tariflərin təqdimatı mərasimində deyib.
O bildirib ki, layihələr müvafiq qurumlara təqdim edilib.
“Yaxın vaxt ərzində bu layihələrin icrası, yəni böyük tunellərin və kanalizasiya kollektorlarının inşası ilə bağlı dövlət proqramı qəbul olunacaq. Artıq bu istiqamətdə tapşırıqlarıverilib və yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problemlər olmayacaq”, - deyə o qeyd edib.