...

Bir sıra dəmiryol xətləri bərpa ediləcək

Cəmiyyət Materials 30 Yanvar 2025 20:47 (UTC +04:00)
Bir sıra dəmiryol xətləri bərpa ediləcək
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıdakı illərdə bir sıra dəmiryol xətləri bərpa ediləcək.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.

Dövlət Proqramına əsasən, 2026−2028-ci illər ərzində Bakıxanov−Binə−Qala xəttinin bərpası, 2028−2030-cu illər ərzində Zabrat−Maştağa−Bağlar xəttinin bərpası, 2026−2027-ci illər ərzində Yeni Suraxanı−Hövsan xəttinin bərpası, 2027−2029-cu illər ərzində Güzdək−Qaradağ xəttinin bərpası nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti