Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Faiq Əliyevin anası Gülzaman Əliyevanı yaşadığı Qusarçay kəndində ziyarət edib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Elnur Rzayev şəhid anası ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb. Bildirib ki, artıq şəhidlərimizin ruhu şaddır. ünki uğrunda şəhid olduqları, azad görmək istədikləri Qarabağ Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunub.
Ziyarət zamanı dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Şəhid anası Gülzaman Əliyeva göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Faiq Heybət oğlu Əliyev 1994-cü ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.