...

Türkiyədə sənədsiz hotellər bağlanacaq

Dünya xəbərləri Materials 31 Yanvar 2025 01:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya sənədi olub Mədəniyyət və Turizm Nazirliyinin yaşayış yeri kimi icazəsi olmayan bütün hotellər bağlanacaq.

Trend xəbər verir ki, bu barədə İstanbul valisi Davut Gül açıqlama verərək bildirib.

Qarşıdakı günlər ərzində yoxlamalar aparılacaq. Ən gec fevralın 2-dək sözügedən mehmanxanaların hamısının fəaliyyəti dayandırılacaq.

D. Gül qeyd edib ki, bu qərarın prioriteti hotellərin zəlzələyə davamlı olmasına yönələcək.

Qeyd edək ki, bu qərar Bolu vilayətində yerləşən bir xizək kurortundakı hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğından sonra verilmişdir.

Xəbər lenti

Xəbər lenti