...

Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılmış “qaynar xətt” fəaliyyətini yekunlaşdırıb

Cəmiyyət Materials 29 Yanvar 2025 19:13 (UTC +04:00)
Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılmış “qaynar xətt” fəaliyyətini yekunlaşdırıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 19.00-dək bələdiyyə seçkiləri ilə bağlı Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən mobil və şəhər telefon nömrələrinə prosesi işıqlandıran jurnalistlər tərəfindən heç bir zəng daxil olmayıb.

Bu barədə Trend-ə Mətbuat Şurasından məlumat verilib.

Qeyd edilir ki, bununla da Şuranlın “qaynar xətt”i işini yekunlaşdırıb.

"Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək “qaynar xətt” rejimində işləyib.

Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanına malik olublar", - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti